Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:24
-

Prezident İlham Əliyev iyunun 4-də Türkiyə prezidenti Abdullah Gül ilə görüşəcək.

ANS PRESS-in məlumatına görə, Muğla vilayətinin Bodrum bölgəsində 4-5 iyun tarixində 4-cü Türk Dilli Dövlətlərin Zirvə Toplantısı (Türk Konseyi) keçiriləcək.

Türkiyə prezidenti Abdullah Gülün rəhbərliyi ilə keçiriləcək görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Türkmənistan prezidentlərinin iştirak edəcəyi bildirilir. Zirvə görüşündə sözügedən ölkələrin xarici işlər və mədəniyyət nazirləri də iştirak edəcək.

Prezidentlər və nazirlərin görüşündən sonra zirvə toplantısı başa çatacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG