Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:46

G7 liderləri Rusiyaya qarşı sanksiyaları müzakirə edəcəklər


-

Aparıcı sənaye ölkələri olan Böyük Yeddiliyin (G7) liderləri iyunun 4-də Brüsseldə görüşdə Rusiyaya qarşı sanksiyaları gücləndirmək niyyətlərini bir daha təsdiqləyəcəklər.

Avropa Birliyinin ev sahibliyi etdiyi iki günlük sammit öncə Rusiyanın Soçi şəhərində G8 toplantısı kimi planlaşdırılırdı. Rusiya Ukraynanın Krım yarımadasını anneksiya edəndən sonra G7 samitinə çevrildi.

Brüsseldəki diplomatik mənbələrə görə, liderlər, «durum tələb edərsə», Rusiyaya daha çox sanksiya qoymaq istəyini bildirəcək. Ancaq hazırda üstünlük Ukrayna böhranını diplomatik yolla həllinə verilir. Mənbə sanksiyaların Rusiyanın hansı hərəkətinə cavab olaraq qoyulacağını söyləməyib, bu qərarı liderlərin verəcəyini deyib.
XS
SM
MD
LG