Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:43
-

ABŞ prezidenti Barack Obama-nın bu gün Ukraynanın yeni seçilmiş prezidenti Petro Poroshenko ilə görüşü gözlənilir. Varşavada baş tutacaq görüşdən əvvəl Obama Şərqi Avropada ABŞ hərbçilərinin müvəqqəti yerləşməsi üçün 1 milyard dollar ayıracağına vəd verib. Bunun Ukrayna böhranına və Rusiyanın Krımı zəbt etməsinə cavab olduğunu deyib.

NATO Rusiyanı Ukraynanın şərqində iğtişaşlar törətməkdə günahlandırır, Moskva ittihamları rədd edir, bununla belə regionun rusdilli əhalisinin hüquqlarını müdafiə etdiyini təsdiqləyir.

Bu arada NATO baş katibi Anders Fogh Rasmussen iyunun 3-də Ukrayna silahlı qüvvələrində islahatların aparılmasına dair razılaşmanın tezliklə tamamlanacağını élan edib. Brüsseldə keçirilən görüş zamanı ABŞ-ın müdafiə naziri Chuck Hagel NATO müttəfiqlərini Ukraynadakı böhrana görə müdafiə xərclərini artırmağa çağırıb.

Ukraynanın yaraqlılar tərəfindən idarə olunan Slavyansk şəhərində isə iki gündür döyüşlərin davam etdiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG