Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:32
-
İyunun 3-də jurnalist Pərviz Həşimli barəsində çıxarılmış hökmdən apellyasiya şikayəti verilib.

Vəkil Elçin Sadıqovun AzadlıqRadiosuna dediyinə görə, apellyasiya məhkəməsindən Pərviz Həşimli barəsində hökmün ləğv olunması və ona bəraət istənilib.

Mayın 15-də Ağır Cinayətlər Məhkəməsi Pərviz Həşimli haqqında 8 il yarım azadlıqdan məhrumetmə cəzası çıxarıb.

O, keçən ilin sentyabrında həbs edilib.

Pərviz Həşimli Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.

Özü və vəkilləri jurnalistin siyasi motivlərlə şərlənərək həbs edildiyini deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG