Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:06
-
«Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinin (ASC) Şəki rayon Regional Aqroservis və Təchizat Bazasının müdiri Cavanşir Qurbanov həbs olunub.

Bu haqda Baş Prokurorluq məlumat yayıb.

Məlumatda bildirilir ki, o, qulluq mövqeyindən sui-istifadə edərək, güzəştli şərtlərlə satılması nəzərdə tutulan mineral gübrələri ayrı-ayrı şəxslərə satıb. Onun, beləcə, 64 min manatı mənimsədiyi iddia edilir.

Cavanşir Quliyev satdığı 987 min 480 manat məbləğində mineral gübrələrin dəyərini dövlət büdcəsinə ödəməməkdə də təqsirləndirilir.

Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Bundan əvvəl Baş Prokurorluq «Aqrolizinq» ASC-nin vəzifəli şəxslərinə qarşı cinayət işi açılması haqqında məlumat yaymışdı.

Hesablama Palatası «Aqrolizinq»dəki yoxlamalar zamanı vəzifəli şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsini aşkarlayıb.
XS
SM
MD
LG