Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:38
-
“Qanun” nəşriyyatından iki yeni kitab gəldi.


Gustave Flaubert, SADƏLÖVH

Görkəmli fransız yazıçısı Qustav Floberin bu povestində Felisite adlı sadə bir kəndli qızının mürəkkəb və kəşməkəşli həyatı təsvir edilib.

Burada son dərəcə sadəlövh bir qızın ilk nakam məhəbbətindən, onun xanım Obenin evində qulluqçu kimi işləməsindən, xanıma son dərəcə sadiq olmasından bəhs edilir. O, həm xanım Obenə, həm onun iki uşağına, həm öz bacısı oğluna, həm də kimsəsiz ağır xəstə Kolmiş babaya qarşı həddindən artıq qayğıkeş münasibət bəsləyir. Tək-tənha qaldığı zaman Lulu adlı bir tutuquşuna mehrini salır və bütün bu kimi hallarda çox səmimi və sadəlövhcəsinə davranır.

Tərcümə: Cəlil Nağıyev


Nick Quarry, DON ÖLDÜ


“Don öldü” kitabı qanqsterlərin həyatından bəhs edən kəskin süjetli detektiv romanıdır.

Üç Don mafiyası qeyri-leqal biznesi nəzarətə götürüb daha da güclənməyə çalışırlar.

Donlar arasında bir qız üstündə başlayan müharibə Donların ikisinin həyatına son qoyur.

Üstəlik bütün mafiya üzvləri qırılır.

Romanı hər kəs oxuya bilər, bütün yaş qrupları. Çox asan oxunur, təsirli yazı uslubu var.

Tərcümə: Şahbaz Xuduoğlu

Günün bütün mövzuları

XS
SM
MD
LG