Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:24

Zərqova məktəbindən şikayət var


Arxiv fotosu
Arxiv fotosu

“Məktəb 1975-ci ildə istifadəyə verilib. Mən ilk dəfə müəllimlik fəaliyyətimi burada başlamışam. O vaxtdan 39 il keçir. Bircə dəfə də təmir işi aparılmayıb. Bu məktəb, ümumiyyətlə, bu kənd tamamilə unudulub”.

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Qubanın Zərqova kənd sakinləri yazırlar:

ÇÜRÜK, SINIQ-SALXAQ DÖŞƏMƏLƏR

“İllərdir ki, məktəb qəzalı vəziyyətdədir. Müəllimlər burada qorxa-qorxa dərs keçirlər. Sinif otaqlarında divarların çat verib aralanması, çürük, sınıq-salxaq taxta döşəmələr, köhnə tədris avadanlıqları məktəblilərdə ruh düşkünlüyü yaradır, təhsil almaq həvəslərini öldürür. Müəllimlər qəzalı məktəbdə dərs keçməyə ehtiyat edirlər”.

Zərqova kənd icra nümayəndəsi Səfər Bayramov razılaşmır:

“O qədər qorxulu bir şey yoxdu. Bina çat verib, 20 ildir ki, bu vəziyyətdir”.

Quba təhsil şöbəsinin müdiri əvəzi Loğman Müslümov Zərqova məktəbinin Nazirlər Kabinetinin qərarına əsasən yaxın vaxtlarda əsaslı bərpa olunacağını deyir.

Zərqova kənd məktəbinin kontingentinə 179 şagirdi 21 müəllim daxildir.
XS
SM
MD
LG