Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:56
-
Bakı Apellyasiya Məhkəməsi «AMAY» Ticarət Mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin apellyasiya şikayətinə baxıb.

Məhkəmə onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı şikayəti təmin etməyib.

Bu barədə apa-ya onun vəkili Əkbər Bağırov məlumat verib.

Abdulla Abdullayev bu ilin aprel ayında həbs olunub. O, 2006-2008-ci illərdə «Birlikbank» ASC-nin Müşahidə Şurasının sədri işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir.

Məlumata əsasən, Abdulla Abdullayev 3 milyon 397 min manatı «AMAY» MMC-nin Xətai rayonunda yerləşən binasının təmirinə sərf etməklə dövlətin mənafelərinə zərər vurub.

Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG