Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:58

«Azərbaycanın repressiya olunmuş alimləri: biobiblioqrafik göstərici» nəşr edilib


-
AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən hazırlanan «Azərbaycanın repressiya olunmuş alimləri: biobiblioqrafik göstərici»si çapdan çıxıb.

AMEA-nın yaydığı xəbərə görə, kitabın elmi redaktoru Mərkəzi Elmi Kitabxananın direktoru Aybəniz Əliyeva-Kəngərli, redaktor-biblioqraf kitabxananın direktor müavini Firəngiz Hüseynova, tərtibçilər N. Kazımova və V. Həsənovadır.

Azərbaycan və rus dilində çıxan nəşr 1920-1940-cı illər ərzində Azərbaycan SSR XDİK üçlüyünün müxtəlif tarixli qərarlarına əsasən repressiya olunmuş Azərbaycan alimlərinin həyatı, elmi fəaliyyəti və faciəli talelərinə həsr olunub.

Kitabda, eləcə də, filologiya doktoru Cəlal Qasımovun üzə çıxardığı Az.SSR XDİK üçlüyünün verdiyi qərarlara əsasən repressiya edilmiş insanların siyahısı verilib.

Tərtibçilər Azərbaycan Respublikasının Prezident Arxivində, Respublika Dövlət Arxivində, MEA-nın arxivində, MEK-də, M.F.Axundov adına Milli Kitabxanada və onun arxivində, Tarix muzeyində, BDU-nun kitabxanasında, Əlyazmalar institutunun müvafiq fondlarında, AMEA-nın Tarix və Ədəbiyyat institutlarının arxivlərində intensiv axtarışlar apararaq onlarca alimin bioqrafiyasını yazıya alıb, mövcud faktları müxtəlif tərzdə sistemləşdirib.

Akademiyada repressiyaya məruz qalmış alimlər daha çox humanitar sahənin görkəmli mütəxəssisləri – Azərbaycanın qədim və zəngin tarixi, dili, ədəbiyyatı və folklorunu araşdıran Şərq təmayüllü türkoloq və şərqşünaslar, ədəbiyyat və dil tarixçiləri olub.

Həmin illərdə yalnız Azərbaycan türkləri yox, Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti və s. ilə bağlı olan digər xalqların nümayəndələri də repressiyaya məruz qalıblar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG