Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:28
-
Rejissor Şamil Əliyevin «Çölçü» filmi daha bir Beynəlxalq festivalda uğur qazanıb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rejissor Şamil Əliyevə istinadən yaydığı xəbərə görə, bu ekran əsəri mayın 25-dən iyunun 1-dək Londonda keçirilmiş XV Rainbow Beynəlxalq film festivalında «Ən yaxşı bədii film» nominasiyasında qalib elan edilərək əsas mükafata layiq görülüb.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə «Azərbaycanfilm» Kinostudiyasında lentə alınmış «Çölçü» filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.

Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

«Çölçü» filminin süjeti belədir: şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc çölçü yaşayır. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atası vəfat edəndən sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Bu qızla tanışlıq onun həyatında yeni səhifə açır və çölçü xəbərsiz olduğu böyük dünyaya daxil olur...

«Çölçü» bədii filmi indiyədək 20 Beynəlxalq kinofestivalında və forumlarda iştirak edib, müxtəlif mükafatlara, o cümlədən diplomlara layiq görülüb.

Bu ekran əsəri 2013-cü ilin «Humay» Milli Mükafatı qazanıb.

Film 86-cı «Oskar» mükafatının uzun siyahısında Azərbaycanı təmsil edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG