Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:04

Vəkil Anar Məmmədli və Bəşir Süleymanlı ilə görüşüb


Bəşir Süleymanlı və Anar Məmmədli

Bəşir Süleymanlı və Anar Məmmədli


Vəkil Fariz Namazlı Bakı İstintaq Təcridxanasında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli və qurumun icraçı direktoru Bəşir Süleymanlı ilə görüşüb.

Vəkil Fariz Namazlı

Vəkil Fariz Namazlı

Vəkil deyib ki, onlar saxlanma şəraitindən şikayət etməyiblər. Ancaq haqlarında çıxarılmış hökmlə razı deyillər.

Vəkillər hökmü alandan sonra apellyasiya şikayəti hazırlayacaqlar. Bəşir Süleymanlıya yaxınları ilə şüşə arakəsmə vasitəsilə görüş veriblər.

Mayın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5,5, Bəşir Süleymanlını 3,5 il müddətinə azadlıqdan məhrum edib, Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədov isə şərti olaraq 3,5 il cəza alıb. Onlar vergi ödənişindən yayınmaq, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirli biliniblər.

Müdafiə tərəfi onları onların 2013-cü il prezident seçkilərində keçirdikləri monitorinq, seçki kampaniyası və səsvermə zamanı aşkar edilmiş pozuntuların elan edilməsinə görə mühakimə olunduğu qənaətindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG