Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:40

«Cənub Qaz Dəhlizi layihəsi Avropa üçün çox əhəmiyyətlidir»


Arxiv foto

Arxiv foto


«Enerji Avropa ölkələrinin iqtisadi rifahı və inkişafı üçün çox mühüm faktordur. Azərbaycan qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizi layihəsi Avropa üçün həyati əhəmiyyətə malikdir».

Böyük Britaniyanın baş naziri David Cemeronun XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 sərgisinin iştirakçılarına göndərdiyi təbrik məktubunda belə deyilir.

D. Cameron bildirib ki, 2013-cü ildə Trans-Adriatik qaz kəməri layihəsinin həyata keçirilməsi istiqamətində irəliləyiş əldə olunub və bu, layihənin həyata keçirilməsi yolunda əhəmiyyətli addımdır.

O, 2014-cü ildə Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması üçün bir çox işin görülməli olduğunu da vurğulayıb.

Böyük Britaniya və Azərbaycan arasında əlaqələrlə bağlı Cameron deyib ki, mövcud ticarət əlaqələrinin əsasını Azərbaycanın neft-qaz sektoruna böyük sərmayələr yatıran BP kimi şirkətlərlə münasibətlər təşkil edir.

Təbrik məktubunu Böyük Britaniya baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistanda ticarət məsələləri üzrə elçisi Charles Hendry oxuyub.

Günün bütün mövzuları

XS
SM
MD
LG