Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 17:01

NATO Rusiyanın hərəkətlərini "məsuliyyətsiz və qanunsuz" adlandırır


NATO baş katibi Rasmussen deyib ki, Rusiyanın Ukraynada məsuliyyətsiz və qanunsuz hərəkətləri bütün Avropaya və sülhə təhlükədir.

Rasmussen bunu iyunun 3-də Brüsseldə NATO ölkələrinin müdafiə nazirlərinin iki günlük toplantısı başlanarkən deyib.

Rasmussen deyib ki, Rusiya sərhədləri yenidən çəkmək üçün gücdən isitifadəyə və öz geosiyasi məqsədləri üçün suveren dövlətlərin sabitliyini pozmağa hazırdır.

Onun sözlərinə görə, Rusiyanın hərəkətləri NATO regionu daxilində sabitliyə təhlükə yaradır.

Günün bütün mövzuları

XS
SM
MD
LG