Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:08
-
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yeni veb-saytı təqdim olunub.

Mədəniyyət və Turizm Nazirliyinin teatrın direktoru Mübariz Həmidova istinadən yaydığı xəbərdə «Proqres» İnternet və Poliqrafiya xidmətləri Şirkətinin qısa müddət ərzində yüksək peşəkarlıqla hazırladığı «www.tyuz.az» saytının dizayn, format və struktur baxımından bundan əvvəlki saytlardan xeyli seçildiyi qeyd edilir.

Saytda teatrın yaranma tarixi, sənət korifeyləri, yaradıcı heyət, teatrın qastrol səfərləri, beynəlxalq festivallar haqqında ətraflı məlumat, aylıq və cari repertuar, «teatr və beynəlxalq aləm», «müştərək layihələr», «videoteka», «tərəfdaşlarımız» və digər bölmələr, kütləvi informasiya vasitələrində dərc olunan məqalələr yer alıb.

Təqdimat mərasimində «Proqress» şirkətinin əməkdaşları saytın strukturu, ayrı-ayrı bölmələri haqqında tədbir iştirakçılarına məlumat veriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG