Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:02

NATO Şərqi Avropa ölkələri ərazisində yeni qoşunlar yerləşdirə bilər


NATO rəsmisi bildirir ki, Rusiyanın Ukraynadakı fəallığına cavab olaraq NATO öz qüvvələrini şərqə doğru çəkməyi nəzərdən keçirə bilər.

Alyansın 28 ölkəsinin müdafiə nazirləri iyunun 3-4 Brüsseldə bu barədə qərar verə bilərlər və 1997-ci il Rusiya ilə müqaviləni yenidən qiymətləndirə bilərlər. Həmin müqaviləyə görə NATO “əhəmiyyətli döyüş qüvvələrinin əlavə daimi yerləşdirilməsindən çəkinməlidir.”

Adı çəkilməyən NATO rəsmisinin dediyinə görə, müdafiə nazirləri NATO üzvü olan Şərqi Avropa ölkələri ərazisində qoşunların yeni daimi qərarlaşma yerlərinin yaradılması haqda qərar verə bilərlər.
XS
SM
MD
LG