Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:20

Morningstar Obamanın təbrik məktubunu oxuyub


Barack Obama
Barack Obama

«Azərbaycan qlobal enerji təchizatına töhfə verilməsində önəmli rol oynayır və gələcək illərdə Avropanın əsas qaz təchizatçısına çevriləcək».

Bu haqda ABŞ Prezidenti Barack Obamanın XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) sərgisinin iştirakçılarına ünvanladığı təbrik məktubunda deyilir.

Məktubda deyilir ki, «Cənub Qaz Dəhlizi» layihəsinin həyata keçirilməsi Azərbaycan ilə beynəlxalq tərəfdaşlar arasında gərgin iş və sıx əməkdaşlıq tələb edir.

«Enerji resurslarının təchizatçısı kimi Azərbaycanın rolu iqtisadiyyatın şaxələnməsinə yardım edəcək, qanunun aliliyini möhkəmləndirməyə icazə verəcək, eləcə də ölkə xalqının həyat səviyyəsinin yüksəlməsinə imkan yaradacaq. ABŞ göstərilən sahələrdə Azərbaycan ilə əməkdaşlığı qiymətləndirir».

Təbrik məktubunu ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar oxuyub.
XS
SM
MD
LG