Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:35

Obama: «Şərqi Avropanın təhlükəsizliyi ABŞ üçün müqəddəsdir» [Video]


-
Polşada səfərdə olan ABŞ prezidenti Barack Obama deyib ki, Vaşinqton Polşanın, eləcə də özünün Şərqi və Mərkəzi Avropadakı tərəfdaşlarının təhlükəsizliyinə sadiqdir, çünki bu, ABŞ-ın özünün təhlükəsizliyinin özülüdür.

Obama deyir ki, ABŞ-ın bu təhlükəsizliyə sadiqliyi müqəddəsdir.

Obama bu sözləri Polşaya gələndə, qısa çıxışında deyib.

Obama iyunun 3-də Polşa prezidenti Bronislav Komorovski və baş nazir Donald Tuskla görüşüb.

4 günlük Avropa səfərinə çıxan Obama Polşadan sonra Belçika və Fransada olacaq.

Obama Varşavada deyib ki, ABŞ Ukrayna, Gürcüstan və Moldova ilə əməkdaşlığı gücləndirəcək.

ABŞ prezidenti Barack Obama Ukrayna böhranına və Rusiyanın Krımı zəbt etməsinə cavab olaraq Şərqi Avropada əlavə ABŞ hərbisinin yerləşməsinə 1 milyard dollar ayırmağı təklif edir.

Ağ evin bəyanatında deyilir ki, Obama Konqresi Avropada yeni tərəfdaşlara ABŞ qoşunları, hava, dəniz qüvvələri ilə köməyə maliyyə ayırmağa çağırır.

Ağ Ev bildirir ki, Obamanın yeni təşəbbüsü qeyri-NATO ölkələrinin- Ukrayna, Gürcüstan və Moldovanın müdafiə imkanlarıni artırmağa imkan verəcək.

Obama həmçinin bildirir ki, Rusiya ilə etimadın bərpa olunmasına vaxt lazımdır.

Brüsseldə isə NATO-nun 28 ölkəsinin müdafiə nazirlərinin 2 günlük toplantısı başlanıb. NATO baş katibi Andres Rasmussen deyib ki, Rusiyanın Ukraynada məsuliyyətsiz və qanunsuz hərəkətləri bütün Avropaya və sülhə təhlükədir.

Rasmussen bunu iyunun 3-də NATO müdafiə nazirlərinin toplantısını açarkən deyib.

Rasmussen deyib ki, Rusiya sərhədləri yenidən çəkmək üçün gücdən isitifadəyə və öz geosiyasi məqsədləri üçün suveren dövlətlərin sabitliyini pozmağa hazırdır.

Onun sözlərinə görə, Rusiyanın hərəkətləri NATO regionu daxilində sabitliyə təhlükə yaradır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG