Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:11

Obama: "Şərqi Avropanın təhlükəsizliyi ABŞ üçün müqəddəsdir"


Polşada səfərdə olan ABŞ prezidenti Barack Obama deyib ki, Vaşinqton Polşanın, eləcə də özünün Şərqi və Mərkəzi Avropadakı tərəfdaşlarının təhlükəsizliyinə sadiqdir, çünki bu, ABŞ-ın özünün təhlükəsizliyinin özülüdür.

ABŞ prezidenti bu sözləri Polşaya gələndə, qısa çıxışında deyib.

4 günlük Avropa səfərinə çıxan Obama bundan sonra Belçika və Fransada olacaq.

ABŞ prezidenti Ukrayna böhranına və Rusiyanın Krımı zəbt etməsinə cavab olaraq Şərqi Avropada əlavə ABŞ hərbçilərinin yerləşməsinə 1 milyard dollar ayırmağı təklif edir.

Ağ Evin bəyanatında deyilir ki, Obama Konqresi Avropada yeni tərəfdaşlara ABŞ qoşunları, hava, dəniz qüvvələri ilə kömək üçün maliyyə ayırmağa çağırır.

Ağ Ev bildirir ki, Obamanın yeni təşəbbüsü qeyri-NATO ölkələrinin - Ukrayna, Gürcüstan və Moldovanın müdafiə imkanlarıni artırmağa imkan verəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG