Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:09

«Audiovizual sənətlərin informasiya cəmiyyətində rolu» araşdırılacaq


Azərbaycan Milli Elmlər Akademiyası
Azərbaycan Milli Elmlər Akademiyası
-
AMEA Memarlıq və İncəsənət İnstitutu iyunun 4-dən 5-dək «Audiovizual sənətlərin müasir informasiya cəmiyyətində rolu» mövzusunda Respublika elmi-praktiki konfransı keçirəcək.

İnstitutdan AzadlıqRadiosuna verilən xəbərə görə, bu gün ölkədə yaranmaqda olan informasiya cəmiyyəti şəraitində xüsusi aktuallıq daşıyan bu konfransın keçirilməsi ölkə Prezidentinin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya»da qarşıya qoyulan vəzifələrin həlli yolunda atılan əhəmiyyətli addım kimi dəyərləndirilə bilər.

Konfransda Azərbaycanın teatr, kino, televiziya və radio məkanında, eləcə də, internet şəbəkəsində, bütövlükdə, informasiya cəmiyyətində mövcud durum və problemlər, onların növlərarası inteqrasiyası, yüksək kommunikasiya texnologiyalarının cəmiyyətə təsiri parametrləri və perspektivləri müzakirə olunacaq.

Konfransın açılışı iyunun 4-də saat 11:00-də AMEA-nın Əsas binasının (2-ci mərtəbə) konfrans zalında olacaq.

Konfransın proqramında «Audiovizual sənətlərin müasir informasiya cəmiyyətində rolu – problemə sosioloji baxış», «İnformasiya cəmiyyətinin təşkilində milli yaddaşın yeri», «Postmodernizm informasiya cəmiyyətinin incəsənəti kimi», «İnformasiya müharibəsi şəraitində audiovizual mədəniyyət və yeni təfəkkür», «Azərbaycan ədəbiyyatında audiovizual nəqlə meyllər», «Geyim vizual informasiya sistemi kimi» və s. mövzularda 25 məruzə dinləniləcək.
XS
SM
MD
LG