Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:15

Bayılda sürüşmə zonasının dayanıqlıq probleminin həlli ilə bağlı iş gedir


-

Fövqəladə Hallar Nazirliyi (FHN) Bayıl sürüşmə zonasında stabilləşdirmə və ərazinin dayanıqlıq probleminin həlli ilə bağlı iş aparır.

FHN-nin saytının iyunun 3-də yaydığı məlumatda deyilir ki, bu məqsədlə yerli mütəxəssislərdən ibarət işçi qrup yaradılıb. Yaponiyanın «Şinyei Kaişa Korporeyşn» və Hollandiyanın «Vitteven Bos» şirkətlərinin ekspertlərini də bura işə cəlb edib.

Yerli mütəxəssislər və xarici ekspertlər 800 hektar ərazidə topogeodeziya işləri aparıb. 101 geoloji və hidroloji quyu qazıb, monitorinq şəbəkəsi yaradıb, 3 mərhələdən ibarət ardıcıl tədbirlər həyata keçirməyə başlayıblar.

İlk olaraq əks ağırlıq yaratmaq üçün sürüşmə sahəsinin dil hissəsində istinad divarına paralel olaraq hər birinin hündürlüyü 5 metr olan 4 terras yaradılıb. Bunun üçün əraziyə 155 min kubmetr torpaq verilib.

İkincisi, yeraltı suların səviyyəsinin 3 metr aşağı düşməsi üçün sürüşmə sahəsində drenaj quyusu qazılıb, nəticədə son 8 ay müddətində yeraltı suların səviyyəsi 95 sm. enib.

Dayanıqlıq faktorunu artırmaq üçün T.Bağırov küçəsinin şərqində 112 metr uzunluğunda svaylardan ibarət istinad divarı yaradılıb. Bütün bu tədbirlərdən sonra Bayıl sürüşmə ərazisində stabilləşmə təmin olunacaq.
XS
SM
MD
LG