Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:17

Oliqarxlara deməlidir ki, bu qədər korrupsiya olmaz!


Poroshenko oliqarxlarla bacaracaqmı? Rinat Akhmetov Ukraynanın Daxili Məhsulunun azı 20 faizni verir.

İkinci Cəbhənin açılmasının 70 illiyidir: o vaxtki qərb əsgərləri şərq cəbhəsindən xəbərsiz idi.

Qazaxıstanda siyasi fəallığa qoymurlar, hamı ictimai fəal olub.

Rus generallarının gözünə hər yerdə Kalaşnikov avtomatı görünür.

Dünya mediası bu gün nədən yazır?

O VAXTKİ QƏRB ƏSGƏRİ DƏ BİLMİRDİ

Times qəzeti yazır ki, bu həftə İİ Dünya müharibəsində müttəfiq qoşunların Normandiyada ikinci cəbhəni açmasının 70 illiyidir.

1944-cü ildə 150 min əsgər və zabit dənizdən və havadan Fransada Normandiya torpaqlarına qədəm qoyaraq Qərbi Avropanı nasizmdən azad etməyə başladı.

Normandiya döyüşləri haqda kitabın müəllifi olan Max Hastings məqalədə yazır ki, onun atası həmin 150 min əsgərdən biri olub və hətta onun atasının da bu vaxt sovet-alman cəbhəsində nə baş verdiyindən dəqiq xəbəri yox idi.

Max Hastings yazır ki, onun atası eşidəndə ki, müharibədə ölən almanların 92 faizi sovet cəbhəsində həlak olub, atası bu məlumata mat qalıb.

Müəllif onu da yazır ki, Britaniyanın baş naziri Churchillə (Çörçilə) qalsaydı, ikinci cəbhə 1945-ci ilə kimi açılmayacaqdı. 1940-1942-ci illərdə britaniyalılar almanların qat-qat az saylı qoşunlarına məğlub olandan sonra Churchill fikirləşirdi ki, sayda almanlardan qat-qat çox olanda döyüşə girmək olar.

İkinci cəbhəni açmağa Churchilli vadar edən məhz amerikalılar olub.

KALAŞNİKOV AVTOMATI

Moscow Times köhnə lətifəni yada salır ki, zavodda işləyən bir kişi öz xanımına tikiş maşını düzəltməyə söz verir. Ancaq hər dəfə Kalaşnikov avtomatı alınır. Qəzet yazır ki, Rusiyanın müdafiə nazirliyi hər dəfə beynəlxalq təhlükəsizlikdən danışanda öz Kalaşnikov avtomatına gəlib çıxır.

Moskvada beynəlxalq təhlükəsizlik konfransında müdafiə nazirliyinin yüksək rütbəli rəsmisi deyib ki, rəngli inqilablar müasir müharibənin bir növüdür və bu müharibə növünü Qərb kəşfiyyatı hazırlayıb.

Konfransdan qabaq müdafiə naziri Shoigu demişdi ki, rəngli inqilablar getdikcə müharibə formalarını alır və müharibə dövrünün qaydalarına uyğun inkişaf edir.
Qəzet yazır ki, bütün bunları deyən hərbçilərin ağlına da gəlmir ki, avtoritar rejim altında yaşayan xalq sadəcə olaraq ayağa qalxıb ölkə rəhbərliyini hakimiyyətdən ata bilər. Özü də kənardan heç bir kömək və qızışdırma olmadan.

Rusiya generallarının fikrincə isə, bütün xalq üsyanları yalnız xarici dəstəklə olur.

SİYASİ FƏALLIĞA YER OLMAYANDA...

Guardian qəzeti yazır ki, Qazaxıstanda qeyri-hökumət təşkilatlarının gələcəyi parlaqdır. Ona görə yox ki, onlara bu ölkədə gözəl şərait var. Məhz ona görə ki, Qazaxıstanda könüllü şəkildə sosial işlərlə məşğul olanların faizi çox yüksəkdir.
Qəzet yazır ki, Qazaxıstan cəmiyyəti siyasi cəhətdən süstdür. Bəlkə də siyasi fəallığa imkan yoxdur. İstənilən halda, cəmiyyət siyasi süstlüyün yerini sosial, ictimai fəallıqla doldurur.

Civil Cəmiyyət İndeksinin sorğusunda rəyi sorşulanların 19,7 faizi deyib ki, onlar ən azı bir sosial təşkilatın könüllü üzvüdürlər. 27,9 faiz isə deyib ki, konkret ictimai fəaliyyətlə məşğuldurlar.

500 YARAQLI

Washington Post qəzeti yazır ki, bazar ertəsi Luhansk yaxınlığında sərhəd məntəqəsinə hücum edən rusiyapərəst yaraqlıların sayı 500 idi. Onlar raketli silahlardan istifadə edirdi. Bu, indiyə kimi olan döyüşlər arasında ən geniş və ən koordinasiyalı hücum idi.

Qəzet hesab edir ki, Ukrayna sərhəddində qızğın döyüşlər yaraqlıların güclənməyini, Rusiyadan onlara təchizatın kəskin artmasını göstərir.

POROSHENKO OLİQARXLARA QARŞI?

New Republic məcmuəsi yazır ki, Ukraynaın yeni prezidenti Poroshenkonun birinci vəzifəsi Ukrayna oliqarxlarına başa salmaqdır ki, bu qədər korrupsiyalaşmış olmaq olmaz.

Ancaq indi prezident olan Poroshenko oliqarx Rinat Akhmetovun nüfuzunu necə azaltsın? Akhmetovun biznes imperiyası Ukraynanın daxili məhsulunun 20-30 faizini verir. Bunu hətta dəqiq hesablaya da bilmirlər.

Poroshenko başqa oliqarx – İqor Kolomiskini necə yola versin? Dnepropetrovsk və Odessanı idarə edən qubernator Kolomoiski prokurorlar təyin edir, özünün silahlandırdığı özəl ordusu var.

Maydan inqilabının əsas səbəbi korrupsiyalaşmış prezident Yanukovichlə yanaşı, həm də oliqarxlar idi. Maydan bu elitanı dəyişməyi tələb edirdi. İndi Poroshenko oliqarxlarla bacarmasa, yeni Maydan ola bilər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG