Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:09

Çexiya ilə Azərbaycan arasında viza proseduru sadələşdirilir


Xarici işlər naziri Elmar Məmmədyarov

Xarici işlər naziri Elmar Məmmədyarov


Azərbaycan və Çexiya münasibətlərin inkişafında maraqlıdırlar.

Bunu Azərbaycan və Çexiyanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Lyubomir Zaoralek ikitərəfli danışıqlardan sonra jurnalistlərə deyiblər.

E. Məmmədyarov həmkarına Qarabağ münaqişəsi və nizamlanma ilə bağlı danışıqlar prosesi haqda məlumat verib. Bundan əlavə, iqtisadiyyat, energetika, turizm və təhsil sahələrində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

Hazırda Çexiyanın ali məktəblərində 220 azərbaycanlı tələbə təhsil alır. Onların sayının artırılması barədə razılıq əldə olunub.

Tərəflər turistlər, tələbələr, iş adamları üçün viza prosedurunun sadələşdirilməsi barədə razılığa gəliblər.

Çexiyalı nazir turizm sahəsində əlaqələrin inkişafı üçün imkanların olmasını qeyd edib. O Çexiyada Azərbaycan investisiyaları (əsasən sənaye sektorunda) üçün əlverişli şəraitin olduğunu qeyd edib.

Çexiya şirkətləri infrastruktur, nəqliyyat, enerji layihələrində, o cümlədən Transanadolu qaz kəmərinin (TANAP) inşasında maraqlıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG