Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:50
-

REAL Hərəkatının sədri İlqar Məmmədov psixoloji təzyiqə məruz qalır.

Bu haqda REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli özünün Facebook səhifəsində məlumat verib.

Natiq Cəfərlinin bildirdiyinə görə, «7 aydır Şəki İstintaq Təcridxanasında saxlanan REAL Hərəkatının sədri İlqar Məmmədov özünün müraciəti əsasında kamerada tək qalırdı. Mayın 31-də təcridxana rəhbərliyindən bir nəfər İlqar Məmmədovun yanına gəlib. Onun qaldığı korpusa ilan girdiyini deyərək, ehtiyatlı olmağı məsləhət görüb. İyunun 1-də isə o yenə İlqar Məmmədovun yanına gələrək, kameraya bir nəfər salmaq istədiyini bildirib. İlqar imtina edərək tək qalmaqda israr edib. Sonra təcridxana rəhbərliyi 2 nəfər dustaq gətirərək İlqarın kamerasına yerləşdirib. Həmin adamlar 2 gündür İlqarın rahatlığını tam pozublar. İlqarın siqaret tüstüsünü götürmədiyini təcridxana rəhbərliyi bilir, həmin 2 nəfər siqaret çəkərək kamerada nəfəs almağı mümkünsüz ediblər.

İlqar Məmmədovun telefonla evlərinə bildirdiyinə görə, son hadisələr, apellyasiya baxışının qeyri-müəyyən vaxta təxirə salınması ona qarşı yeni psixoloji təxribatdan xəbər verir».

İlqar Məmmədov 2013-cü il fevralın 4-də İsmayıllı rayonunda kütləvi iğtişaşlarla bağlı həbs olunub və 7 il müddətinə azadlıqdan məhrum edilib.

Amnesty International beynəlxalq təşkilatı İ. Məmmədovu «vicdan məhbusu» kimi tanıyıb. Amma Azərbaycan hakimittəyi İlqar Məmmədovun siyasi mülahizələrlə həbs edildiyini inkar edir. Mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi verdiyi qərarda bildirib ki, İlqar Məmmədovun həbsində məqsəd «onu susdurmaq və ya cəzalandırmaq» olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG