Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:05

İyunun 2-də Müdafiə Nazirliyinin Ağdam bölgəsində yerləşən "N" saylı hərbi hissəsində əsgər Nahid Mirzəyev təhlükəsizlik qaydalarına əməl etməməsi və ehtiyatsızlıqdan açdığı atəş nəticəsində əsgər yoldaşı Zöhrab Məmmədov yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Əsgər hospitala yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Doktrina Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatına görə, 2014-cü ilin yanvar-may aylarında Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda insan itkiləri 38 nəfər təşkil edib. Ötən müddətdə 63 nəfər yaralanıb və ya xəsarət alıb. Ölənlərdən 8-i döyüş, 3-ü mina partlayışı, 27-i qeyri-döyüş itkisidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG