Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:38
-
Şərq qapısı - 03.06.2014

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi növbəti tarla seminar müşavirəsini Şərur rayonunun Xanlıqlar kəndində sahibkar Ramiz Həsənova məxsus qarğıdalı sahəsində keçirib.

Müşavirəni giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən İsgəndərov açaraq müşavirənin mahiyyətindən bəhs edib. Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini Sahib İbrahimli əkinçilik məhsulları sırasında qarğıdalı bitkisinin əhəmiyyətindən danışıb, onun becərmə texnologiyası barədə məlumat verib.

Nazirliyin mütəxəssisləri Məmmədqulu Səfərov və Yaşar Quliyev qarğıdalının becərilməsində mütərəqqi texnologiyaların tətbiqi, bu bitkinin sirayət oluna biləcəyi zərərverici və xəstəliklərə qarşı mübarizə tədbirləri barədə danışıblar.

Sonda mütəxəssislər sahibkarlar tərəfindən onlara verilən sualları cavablandıraraq fikir mübadiləsi aparıblar.

Şərhləri göstər

XS
SM
MD
LG