Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:41

Azərbaycan Ordusunun əsgəri həlak olub


-
Naxçıvanda N saylı hərbi hissənin əsgəri Zaur Həsənli Ermənistan tərəfi ilə atışmada güllə yarasından həlak olub. Bu haqda AzadlıqRadiosuna həmin hərbi hissədən məlumat verilib. Hadisə Ermənistanla sərhəddəki hərbi postlardan birində baş verib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən AzadlıqRadiosuna bildiriblər ki, həlak olmuş Zaur Həsənli iyunun 3-də dəfn olunacaq.

19 yaşlı Zaur Həsənli Kəlbəcər rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
Ermənistan tərəfi insidentlə bağlı hələlik məlumat verməyib
XS
SM
MD
LG