Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:24
-

Rusiya Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə əməkdaşlığı dayandırıb.
Bu haqda Dövlət Dumasının rəsmisi Aleksey Puşkov məlumat verib. O bildirib ki, Rusiya nümayəndə heyəti AŞPA-nın bu ay keçiriləcək iclasında iştirak etməyəcək:

«Biz Assambleya ilə əməkdaşlığı müvəqqəti - nümayəndə heyətimizə qarşı sanksiyalar aradan götürülənə qədər dayandırırıq».

AŞPA-nın aprelin 9-da keçirilmiş iclasında «Ukraynada son vəziyyət: demokratik təsisatların fəaliyyəti təhlükədə» məsələsi müzakirə olunub. Sonda Ukraynanın ərazi bütövlüyü ilə bağlı qətnamə layihəsi səsə qoyulub. Avropanın 154 deputatı sənədin lehinə, 29 deputatı əleyhinə səs verib, 10 nəfər isə bitərəf qalıb. Qətnamədə Rusiyanın Ukrayna torpağı olan Krımı işğal və ilhaq etməsi kəskin pislənib, işğalçı qoşunların Ukraynadan çıxarılması tələb olunub.

Aprelin 10-da isə Krım hadisələrinə görə rusiyalı deputatlar 2014-cü ilin sonuna kimi AŞPA-da səsvermə hüququndan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG