Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:34

Suriyada prezident seçkiləri günüdür


İyunun 3-də Suriyada prezident seçkiləri keçirilir. Seçkilərdə hazırkı prezident Bashar al-Assad-in böyük səs çoxluğu ilə qələbə qazanacağı gözlənilir.

50 ilə yaxın dövrdə ilk dəfədir seçki bülletenində birdən artıq namizədin adı var. Assad-ə qarşı faktiki olaraq iki tanınmayan rəqib - Maher al-Hajjad və Hassan al-Nuri mübarizə aparır.

Üç ilə yaxındır Suriyada vətəndaş müharibəsi gedir, bu müddət ərzində 160 mindən çox adam ölüb, milyonlarla adam didərgin düşüb.

Seçkiləri Suriya rejiminin müttəfiqlərindən – Şimali Koreya, İran və Rusiyadan olan müşahidəçilər izləyir.

ABŞ seçkiləri «demokratiyanın parodiyası» adlandırıb.
XS
SM
MD
LG