Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:48

Şəkidə güclü külək rayon mərkəzində bir sıra fəsadlar törədib


Şəki

Şəki

-

Şəkidə gecə saatlarında başlayan güclü külək rayon mərkəzində bir sıra fəsadlar törədib.
Trend-in məlumatına görə, şəhərin mərkəzi hissəsində bir neçə ev işıqsız qalıb.

Məmməd Əmin Rəsulzadə prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsində yerləşən ikimərtəbəli yaşayış binasının üzərinə çinar ağacı aşıb. Qorxudan bina sakinləri uzun müddət küçədə dayanmalı olublar və küləyin səngiməsini gözləyiblər.

Bununla yanaşı külək evlərin dam örtüyünü də qopararaq yollara səpib.

İki saata yaxın davam edən güclü külək Məmməd Əmin Rəsulzadə prospektində yerləşən obyektlərə və Şəki şəhər Təcili Tibii Yardım stansiyasına da ziyan vurub. Ağaclar qırılaraq yollara aşıb.

Şəki polisi də yarana biləcək hər hansı bir təhlükənin qarşısını almaq üçün səhərə kimi küçələrə nəzarət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG