Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:20

Mehriban Əliyeva Roma Papası Fransis ilə görüşüb [Foto]


Mehriban Əliyeva Roma Papası Fransis ilə görüşüb
Mehriban Əliyeva Roma Papası Fransis ilə görüşüb
-
İtaliyada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 2-də Roma Papası Francis ilə görüşüb.

Azərbaycan ilə Vatikan arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini qeyd edən Mehriban Əliyeva bu əməkdaşlığın mədəni irsin qorunması sahəsində daha da genişləndiyini vurğulayıb.

Heydər Əliyev Fondu tərəfindən Azərbaycan ilə yanaşı, dünyanın bir sıra ölkələrində həyata keçirilən mühüm layihələr barədə Roma Papasına məlumat verən birinci xanım qurumun bir çox istiqamətlərdə, o cümlədən sosial və humanitar sahələrdə mühüm işlər gördüyünü diqqətə çatdırıb.


2002-ci ildə Roma Papası II İohann Pavelin Azərbaycana səfərini xatırladan M. Əliyeva bu səfərin iki dövlət arasında mövcud əməkdaşlığa töhfə verdiyini bildirib və Roma Papası Francis-i də Azərbaycana səfərə dəvət edib.

Vatikan rəsmisi Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Roma katakombalarının bərpasını yüksək qiymətləndirib.

Azərbaycanın birinci xanımı bu cür layihələrin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb, müvafiq istiqamətdə həyata keçirilən tədbirlərin digər sahələrə də şamil edilməsinə çalışacağını vurğulayıb.

Mətbuatın çoxsaylı sorğularına baxmayaraq, bu günə qədər Heydər Əliyev Fondunun maliyyə mənbələri barədə hər hansı bir məlumat verilmir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG