Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:17

Fəhlə torpaq uçqununda xəsarət alıb


Arxiv foto
Arxiv foto

İyunun 1-də Qusarda torpaq uçqunu baş verib. AzadlıqRadiosunun şimal bölgə müxbiri xəbər verir ki, Quba sakini Fariz Musayev uçqun altında qalıb.

Fariz Musayev «Azərsutəchizattikinti» ASC-nin apardığı tikintidə fəhləlik edirmiş. Qəflətən baş verən uçqun nəticəsində torpaq altında qalıb. Onu çətinliklə xilas ediblər.

Qusar rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, Fariz Musayev xəstəxanaya huşsuz vəziyyətdə daxil olub. Tibbi yardım göstərilməsi nəticəsində vəziyyəti normallaşıb. Hazırda həkim nəzarətindədir.

Faktla bağlı araşdırma aparılır.
XS
SM
MD
LG