Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:24

Türkmənistandan hərəkət edən hava kütlələri Bakı və Abşeron yarımadasında tozlu hava şəraiti yaradıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühit üzrə Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova deyir ki, Türkmənistanda səhra burulğanı baş verib və külək tozu Bakıya gətirib:

«Bir neçə gündür zəif külək olduğundan toz dumanı dağılmır».

Mətanət Avazovanın sözlərinə görə, hazırda Bakı və Abşeron yarımadasının havasında normadan 2.5-3 dəfə artıq toz var:

«Bu, havanın fiziki çirklənməsidir. Təbii ki, belə hava tənəffüs yollarında problemi olan adamlar üçün diskamfortdur».

Mətanət Avazova deyir ki, axşama yaxın güclü şimal küləyi gözlənir:

«Güclü külək toz dumanını dağıdacaq. Amma küləyin sürəti zəif olsa, toz dumanı sabah da artacaq».

Günün bütün mövzuları

XS
SM
MD
LG