Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:21
-

Qazax Dövlət Dram Teatrında Əli Əmirlinin «Kişi və qadın» komediyasının məşqlərinə start verilib.

Əli Əmirlinin AzadlıqRadiosuna verdiyi xəbərə görə, əsər dramaturgiyanın əbədi mövzularından olan kişi və qadın münasibətlərindən bəhs edir.

Lirik komediyanın quruluşçu rejissoru xalq artisti Zülfüqar Abbasov, rəssamı Səyyad Məmmədovdur.

Əsas rollarda teatrın aparıcı aktyorlarından Hacı Hacıyev, Xanım Məmmədova, Zəmanə Orucova və Nazilə Məmmədovadır.

Baş rollardan birini teatrın direktoru Saqif İskəndərov ifa edir.

İlk tamaşa builki teatr mövsümünün sonuna nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG