Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:15
-
Portuqaliyanın Lissabon şəhərində açılacaq «Sürrealizm Bu Gün» layihəsinin yeni sərgisində Azərbaycanı rəssam Mehriban Əfəndi təmsil edəcək.

Mehriban Əfəndinin AzadlıqRadiosuna bildirdiyinə görə, «Sürrealizm Bu gün» layihəsi Bissaya Barreto Fondunun sponsorluğu və bir çox Avropa şirkətlərinin dəstəyi və Portuqaliyanın məşhur sürrealist rəssamı Santiago Ribeiro tərəfindən həyata keçirilir.

Layihənin məqsədi müasir dövrdə yaşayıb - yaradan peşəkar sürrealistləri axtarıb bir araya gətirmək və onlara dəstək olmaqdır.

Artıq 2010-cu ildən bəri dəfələrlə Avropada və xüsusən Portuqaliyada sürrealist cərəyanını bu sərgilərdə Azərbaycanlı rəssam Mehriban Əfəndi təmsil edir.

Bir neçə ay öncə Lissabonda açılan bu sərgi indi Koimbra şəhərində yerləşən qədim qəsrdə - tarixi XII əsrdən başlayan Paco de Ego sarayında nümayiş etdiriləcək.

Sərgi qalereyası ilk dəfə bu layihənin iştirakçılarının daimi məkanına çevriləcək.

Səyahət edən sərgi layihəsi hər zaman fərqli məkanlarda sərgilənəcək və geriyə - öz evi sayılan Paco de Ego qəsrinə qayıdacaq.

30 ölkəni təmsil edən rəssamlardan ibarət sərgi iyunun 21-də açılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG