Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:31

ABŞ Müdafiə Nazirinin Beynəlxalq Təhlükəsizlik Məsələləri üzrə köməkçisi Derek Chollet iyunun 2-də Kiyevə səfəri zamanı Ukrayna rəsmiləri ilə görüşməlidir.

Chollet-in Ukraynanın Böhran Media Mərkəzində mətbuat konfransı keçirəcəyi gözlənir.

Media yazır ki, səfərin məqsədi Ukrayna prezidenti Petro Poroshenko-ya Vaşinqtonun dəstəyini bildirmək, Rusiya Prezidenti Vladimir Putinə ABŞ-ın Ukraynada gücünü göstərməkdir.

Poroshenko-nun inauqurasiyası iyunun 7-də keçiriləcək. Onun iyunun 4-də Varşavada Prezident Barak Obama ilə görüşəcəyi gözlənir.

ABŞ prezidentinin hələ vəzifəsinə başlamamış ölkə prezidenti ilə görüşməsi görünməmiş hadisədir.

UKRAYNA XƏBƏRLƏRİNİ CANLI BLOQDA İZLƏ

Günün bütün mövzuları

XS
SM
MD
LG