Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:44

Çex Respublikasının XİN-i Azərbaycanda səfərdədir


Lubomír Zaorálek
Lubomír Zaorálek

İyunun 2-də Çex Respublikasının xarici işlər naziri Lubomir Zaoralek Azərbaycana rəsmi səfərə gəlir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sabah Lubomir Zaoralekin azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.

Görüşdən sonra mətbuat konfransının keçirilməsi planlaşdırılıb. Səfər iyunun 4-dək davam edəcək.

Çexiyanın bundan əvvəlki xarici işlər naziri Karel Schwarzenberg ötən il «People in Need» təşkilatının tədbirində insan haqlarının pozulmasına görə Azərbaycanın siyasi hakimiyyətini tənqid etmiş, ölkənin «ailə diktaturası tərəfindən idarə olunduğunu» vurğulamışdı.

Azərbaycan hakimiyyəti sabiq nazirin tənqidinə sərt reaksiya vermiş, onun üzr istəməsini tələb etmişdi.

Karel Schwarzenberg isə yalnız həqiqəti dilə gətirdiyini, üzr istəməyəcəyini bildirmişdi.
XS
SM
MD
LG