Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:41
-

Gürcüstanın separatçı Abxaziya regionunun de fakto prezidenti istefa verdiyini deyir. İyunun 1-də yaydığı bəyanatda Aleksandr Ankvab bildirib ki, Abxaziyada sabitliyin saxlanması məqsədilə istefaya gedir.

Mayın 31-də abxaz parlamenti Ankvab-ın prezident vəzifələrini icra edə «bilmədiyini» bəyan edərək, avqustun 24-nə erkən seçki təyin edib. Parlamentin spikeri Valery Bganba aralıq prezidenti seçilib. Ankvab bu tədbirləri qeyri-konstitusion adlandırıb.

Ankvab-ın Gudauta hərbi bazasında qaldığı bildirilir. Mayın 27-də müxalifət onun ofisinə hücum çəkib, hökumətin buraxılmasını tələb edib.

Abxaziya Gürcüstandan ayrıldığını elan etsə də, ancaq bir qrup ölkə onu tanıyıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG