Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:45

Fransanın ifrat sağçı Milli Cəbhəsinin lideri Marine Le Pen deyir ki, Vladimir Putini Almaniya kansleri Angela Merkel qədər sevir. Çünki Rusiya prezidenti digər ölkələrin onu öz qərarlarına boyun əyməsinə imkan verməyib. Almaniyanın «Der Spiegel» jurnalına müsahibəsində Le Pen deyib ki, öz ölkəsinin maraqlarını müdafiə edən liderlərə hörməti var.

Le Pen-in sözlərinə görə, Merkelin siyasəti Almaniya üçün yaxşıdır, ancaq başqalarına ziyan vura bilər. O, söyləyib ki, Putinin Rusiyanın maraqlarını önə çıxardığına inanır, «bu baxımdan xanım Merkel qədər ona da eyni dərəcədə hörmətim var».

Le Pen-in partiyası mühacirət əleyhinədir. Ötən həftə Avropa parlamentinə seçkilərdə ilk qələbəsini qazanıb. Onu da söyləyib ki, Avropanı deyil, Avropa Birliyini dağıtmaq istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG