Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:24

Snowden Braziliyadan sığınacaq istəyir


Edward Snowden
Edward Snowden
-

ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edward Snowden iyunun 1-də yayımlanan müsahibəsində Braziliyaya siyasi sığınacaq üçün müraciət etdiyini bildirib. ABŞ hökuməti tərəfindən axtarışda olan Snowden hazırda Rusiyada yaşayır. O, ötən gün Braziliyanın «Globo» televiziyasına müsahibəsində deyib ki «Braziliyada yaşamaq istərdim».

Snowden-in Rusiyada müvəqqəti sığınacağı avqust ayında bitir. Vaşinqton onun ABŞ pasportunu ləğv edib.

E. Snowden sığınacaq üçün bir neçə ölkəyə, o cümlədən Braziliyaya müraciət edib. Hərçənd Braziliyanın xarici işlər naziri ondan sığınacaq üçün rəsmi müraciət almadıqlarını bildirib.

ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Snowden ötən il Birləşmiş Ştatlarda gizli telefon və internet müşahidə proqramı olması barədə məlumat yayıb. ABŞ agentlərinin Braziliyada casusluq etdiyi barədə məlumatlar yayıldıqdan sonra Braziliya prezidenti Dilma Rousseff Vaşinqtona səfərini təxirə salmışdı.
XS
SM
MD
LG