Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:55
-

İyunun 2-dən ABŞ prezidenti Barack Obama-nın Polşa, Belçika və Fransaya dörd günlük səfəri başlayır. Onun səfəri Ukraynanın şərqində təhlükəsizlik qüvvələri ilə Rusiyayönlü separatçılar arasında döyüşlərin davam etdiyi vaxta təsadüf edir. Obama-nın Varşavada Ukraynanın yeni seçilmiş prezidenti Petro Poroshenko ilə görüşəcəyi bildirilir.

Belçikada ABŞ prezidenti Böyük 7-lik ölkələrinin liderləri ilə danışıqlar aparacaq. Onlar Rusiya qazından asılılığı azaltmağın yollarını və Rusiyaya yönəlik yeni sanksiyaları müzakirə edəcəklər.

Daha sonra Obama Fransada Normandiyanın işğalının 70 illiyinə həsr olunmuş tədbirə qatılacaq.
Rusiya prezidenti Vladimir Putin-in də bu tədbirə qatılacağı gözlənilir.

Ağ Ev bildirib ki, Obama-nın Putinlə ikitərəfli rəsmi görüşü nəzərdə tutulmasa da, birgə müzakirələri olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG