Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:07

Gürcüstanın separatçı Abxaziya regionunun de-fakto prezidenti müxalifət fəallarının onun istefa verməsi barədə dediklərini yalanlayıb.

Aleksandr Ankvab iyunun 1-də Rusiyanın İnterfax agentliyinə deyib ki, hər hansı istefa məktubu imzalamayıb.

Mayın 31-də Abxaz parlamenti spiker Valery Bganba aralıq prezident postuna təyin edərək avqustun 24-də seçki keçiriləcəyini bildirib.

Ankvab bu tədbirləri qeyri-konstitusion adlandırıb.

Bganba mayın 31-də deyib ki, iyunun 1-də Abxaziyanın hazırkı prezidenti Aleksandr Ankvab-la görüşəcək. Ancaq Ankvab-ın köməkçisi belə bir planın olmadığını söyləyib.

Ankvab-ın Gudauta hərbi bazasında qaldığı bildirilir. Mayın 27-də müxalifət onun ofisinə hücum çəkib, hökumətin buraxılmasını tələb edib.

Abxaziya Gürcüstandan ayrıldığını elan etsə də, ancaq bir qrup ölkə onu tanıyıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG