Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:41

Əsir Amerika əsgəri beş talibançıya dəyişdirilib


ABŞ müdafiə naziri Chuck Hagel

ABŞ müdafiə naziri Chuck Hagel

-
Beş ildir Talibanın Əfqanıstanda saxladığı ABŞ ordusunun serjantı Bowe Bergdahl əsirlikdən buraxılıb. ABŞ Prezidenti Barack Obama deyib ki, o, Talibanla məhbus mübadiləsi sayəsində azadlığa çıxıb.

ƏFQANLAR QATARA VERİLİB

Bergdahl Kabilin şimalında Bagram hava bazasında tibbi müayinədən keçib. İyunun 1-də Almaniyadakı ABŞ hərbi bazasına müalicəyə aparılacaq.

Quantanomo körfəzində saxlanan beş əfqan taliban məhbus da Qatarın nəzarətinə verilib. Ağ Ev bildirib ki, həmin talibançılar Qatarın nəzarətindədir və «hərəkət və fəaliyyətlərinə məhdudiyyətlər qoyulacaq».

Bergdahl 2009-cu il iyunun 30-da Əfqanıstanın cənubunda tutulub. Atası deyir ki, o, ingiliscə danışmağa çətinlik çəkir.

BARIŞIQ CƏHDLƏRİNDƏ DƏYİŞİKLİK

Bowe Bergdahl

Bowe Bergdahl

ABŞ əsgərinin buraxılması əfqan yaraqlıları ilə barışıq cəhdlərində dəyişiklik yarada bilər. ABŞ müdafiə naziri Chuck Hagel buna ümid etdiyini bildirib.

Onun sözlərinə görə, ABŞ hökuməti ordu serjantı Bowe Bergdahl-ın buraxılması üçün çox çalışıb.

Hagel iyunun 1-də Əfqanıstana gəlib. Bergdahl bir gün əvvəl, beş il Taliban əsirliyində qalandan sonra azadlığa buraxılıb.

KARZAİNİN TRANSFER MƏSƏLƏSİNDƏN XƏBƏRİ OLMAYIB

Taliban da bəyanat yayaraq beş əfqanın Qatara verilməsini «böyük xoşbəxtlik» adlandırıb.

Hamid Karzai hökuməti hələlik şərh verməyib. Hageli-in sözlərinə görə, Karzai-nin transfer məsələsindən xəbəri olmayıb.

İlin sonunadək ABŞ Əfqanıstanda cəmi 10 min əsgər saxlayacaq. 2016-cı ilin sonunadək min əsgər qalacaq. Ancaq bunun üçün ölkənin yeni prezidenti Vaşinqtonla təhlükəsizlik paktı imzalamalıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG