Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:18

Sürgündə yaşayan müxalifət qrupuna bağlılıqda ittiham olunan kişi İranda edam olunub. Beynəlxalq ictimaiyyət bu edamın dayandırılması üçün təzyiq göstərirdi.

İyunun 1-də İran rəsmi mediası Gholamreza Khosravi Savadjani-nin (Qulamrza Xozravi-Savadcani) edamı barədə məlumat yayıb.

Savajani 2010-cu ildə ölümə məhkum edilib. O, Mujahedeen-e-Khalq (MEK) qrupuna pul verməkdə və yardım göstərməkdə ittiham olunub.

Khosravi 1980-ci illərin əvvəlindən bir neçə dəfə saxlanıb və bir neçə il nəzarətdə qalıb.

Mujahedeen-e-Khalq İslam Respublikasını devirməyə çalışır.

Amnesty İnternational 2010-cu ildə Khosravi-nin məhkəməsini ədalətsiz adlandırıb.

BMT-yə görə, İran dünyada Çindən sonra ikinci ən çox edam həyata keçirilən ölkədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG