Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:56
“Qəzadan 11 ay ötüb. Məhkəmə də oldu. Maşınım isə hələ də özümə qaytarılmayıb”.

AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayət edən Akif Rzayevin deməsinə görə, ötən ilin iyul ayında ailəlikcə avtomobil qəzası keçiriblər:

"SORUŞDUM Kİ, MÖHTƏRƏM HAKİM, BƏS MAŞIN?"

“İyulun 28-də Lerikdən qayıdırdım. Biləsuvarın Xırmandalı kəndi ərazisində “Sachma” markalı yük maşını qəflətən yoluma çıxdı, toqquşduq. Ailəlikcə ağır yaralandıq. İki həftədən sonra xəstəxanada özümə gələndə maşının yerini soruşdum. Nə müstəntiq, nə polislər mənə maşınımın dəqiq yerini demədilər. O vaxtdan düşmüşəm müstəntiqlərin arxasına ki, maşınımın yerini deyin. Müstəntiqlər məni 7 ay aldatmaqla məşğul oldular. Dedilər, səsini çıxartma, qarşı tərəf xəstəxana xərclərini də ödəyər, maşınını da düzəltdirər. Mən ailəlikcə ölümcül yaralanmağımıza səbəb olmuş bir adamın adını istintaqçılardan zorla öyrənə bilmişəm. Üzünü isə məhkəmədə gördüm”.

Akif Rzayevin sözlərinə görə, Biləsuvar rayon məhkəməsi də ona maşının yerini müəyyənləşdirməkdə və özünə qaytarılmasında ona kömək etməyib:

“Təqsirləndirilən şəxsi 200 manat cərimələdi. Soruşdum ki, ay möhtərəm hakim, bəs dəymiş zərəri kim ödəyəcək? Bəs mənim maşınımı özümə kim qaytaracaq? Dedi, necə yəni: sən hələ də maşınının yerini bilmirsən? Bununla da söhbət bitdi. Dedi, mən hardan bilim sənin maşının hardadır? Get dövlət yol polisindən tələb et”.

Orxan Mansurzadə

Orxan Mansurzadə


"MAŞININ YERİ ONA DEYİLİB"

DİN Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadənin sözlərinə görə, ötən il iyulun 28-də Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisində sürücü Fərhad Əliyev yük avtomobili ilə əks yola çıxıb. Nəticədə Akif Rzayevin idarə etdiyi avtimobillə toqquşub. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanıb:

“Dekabrın 30-da Fərhad Əliyevə ittiham elan edilib, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilib. Cinayət işininn istintaqı yekunlaşıb, məhkəmə baxışına göndərilib. Məhkəmə bu işə hüquqi qiymətini verib. Zərərçəkmiş məhkəmə hökmündən narazıdırsa, apellyasiya şikayəti vermək hüququ var”. ham aktı Baş Prokurorluğa göndərilib. Təsdiqləndikdən sonra cinayət işi məhkəmə baxışına veriləcək”.

Orxan Mansurzadə bildirib ki, istintaq dövründə Fərhad Əliyev tərəfindən Akif Rzayevə 2000 manat ziyan ödənilib. Avtomobil isə hazırda Ucar şəhərindəki sexlərdən birində təmir edilir. Bu barədə Akif Rzayev də məlumatlıdır.

Akif Rzayev həm qarşı tərəfə verilmiş cəzanın ağıırlaşdırılması, həm də əmlakının özünə qaytarılması üçün Biləsuvar məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verəcəyini deyir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG