Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:00

Ukrayna deyir ki, Rusiya, yeni seçilmiş prezidenti – Petro Poroshenko-nu tanımalıdır. İyunun 2-də Kiyev, Moskva və Avropa Birliyi rəsmiləri qaz borcu və qazın qiyməti üzrə danışıqlar aparacaq.

Ukrayna baş naziri vəzifəsini icra edən Andriy Deshchytsya deyir ki, Rusiya Poroshenko-nun mayın 25-də prezident seçkisində qazandığı qələbəni tanımalıdır.

Rusiya prezidenti Vladimir Putin seçkidən öncə Ukrayna seçicilərinin iradəsinə «hörmət edəcəyinə» söz verib. Ancaq Deshchytsya-nın sözlərinə görə, Moskva beynəlxalq güclərin Poroshenko-nun qələbəsini tanımaması üçün böyük informasiya kampaniyasına başlayıb.

Poroshenko seçkini udandan sonra Ukraynanın şərqində rusiyayönlü separatçıların fəaliyyəti artıb. Mayın 31-də hökumət qüvvələri hər hansı itki barədə məlumat verməyib. Bundan əvvəl Donetsk aeroportuna iki hücum dəf edilib.

ATƏT mayın 31-də bəyan edib ki, ötən həftə separatçıların saxladığı müşahidəçilər qrupundan xəbər yoxdur.
XS
SM
MD
LG