Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:03
-
1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib. Elə həmin tədbirdə də iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb.

2 MİLYON YARIMDAN ÇOX UŞAQ

Arxiv foto

Arxiv foto

​Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.

Azərbaycan 1992-ci il iyulun 21-dən BMT-nin «Uşaq hüquqlarına dair» Konvensiyasına qoşulub. 1998-ci il mayın 19-da uşaq hüquqları ilə bağlı yaranan münasibətləri tənzimləmək və uşaqların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə «Uşaq hüquqları haqqında» qanun qəbul edilib.

Azərbaycanda 2 milyon yarımdan çox uşaq var. Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin ötən ilin sonunda açıqladığı statistikaya görə, ölkədə 2 milyon 539 min 700 uşaq var.

HƏR QADINA 2.3 UŞAQ

«Azərbaycan» qəzeti yazır ki, hazırda Azərbaycanda dünyaya uşaq gətirmək yaşında olan qadınların hərəsinə orta hesabla 2,3 uşaq düşür. Keçən il ölkədə 172,7 min körpə doğulub.

Rəsmilər ölkədə uşaq ölümünün 90-cı illərlə müqayisədə 29-30 faizdən 10.8 faizə düşdüyünü bildirir. 2012-ci ildə anadan olan uşaqların sayı 173 500 nəfər olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG