Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:57

Mehriban Əliyevanın yeni layihəsi


«Müasir dəbdə Azərbaycan cazibəsi» layihəsi
«Müasir dəbdə Azərbaycan cazibəsi» layihəsi
-
VƏTƏNDAŞLIQLA BAĞLI DƏYİŞİKLİYİN SƏBƏBİ

«Yeni Müsavat» qəzeti yazır ki, Milli Məclisin «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanununa etdiyi dəyişikliklər birmənalı qarşılanmır. Politoloq Ərəstun Oruclu qəzetə bildirib ki, bu dəyişikliyə səbəb Rusiyadan gələn təhlükədir:

Ərəstun Oruclu
Ərəstun Oruclu
«Rusiya artıq ikili vətəndaşlıqla bağlı, Rusiya vətəndaşlığının sadələşdirilməsi haqqında qanun qəbul etdi.

Təbii ki, bunun Azərbaycan üçün də təhlükəsi var. Əslində hesab edirəm ki, ikili vətəndaşlıq qanuna əsasən, yolverilməzdir.

İkinci bir ölkənin vətəndaşlığını qəbul edən şəxsin Azərbaycan vətəndaşlığı şübhə altına alına bilər. Amma bu, yaxşı praktika sayılmır. Konkret kriteriyalar olmalıdır. Müəyyən beynəlxalq praktikaya uyğun istinad yerləri olmalıdır. Yoxsa ki, sabah görəcəyik, istədikləri adamları vətəndaşlıqdan məhrum etdilər. Çünki Azərbaycanda qanunların icrası necə yerinə yetirilir, yaxşı bilirik.

Qanunlarda dəyişiklik ümumi bir görüntü yaradır ki, hakimiyyət çox ciddi təlaş içindədir. Bu təlaşdan nəticə çıxararaq cəmiyyətlə ünsiyyətə girmək, cəmiyyətlə əlaqələri gücləndirmək, həm paralel, həm vertikal münasibətlər qurmaq əvəzinə qanunları, qaydaları sərtləşdirmək, vətəndaşlara təzyiq göstərmək yanlış yoldur.

Əslində son vaxtlar qanunlara intensiv şəkildə edilən bu düzəlişlər hamısı vətəndaşlara təzyiqdir. Burada məhz ən böyük problem odur ki, orada konkret detallar, bəndlər çox azdır və ən təhlükəlisi də budur».

MÜASİR DƏBDƏ AZƏRBAYCAN CAZİBƏSİ

«Azərbaycan» qəzeti xəbər verir ki, mayın 31-də Heydər Əliyev Mərkəzində «Müasir dəbdə Azərbaycan cazibəsi» layihəsinin təqdimatı keçirilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla ƏliyevaArzu Əliyeva tədbirdə iştirak ediblər.
Arzu Əliyeva, Mehriban Əliyeva, Leyla Əliyeva
Arzu Əliyeva, Mehriban Əliyeva, Leyla Əliyeva
Təqdimatda vurğulanıb ki, Heydər Əliyev Fondunun «Müasir dəbdə Azərbaycan cazibəsi» layihəsi Azərbaycanın milli ənənə və dəyərlərini yaşatmaq, milli ornamentlərin müasir dəbə inteqrasiyasına təkan vermək, eyni zamanda, Şərq və Avropa mədəniyyətləri arasında vəhdət yaratmaq məqsədini daşıyır.

Tədbirdə italyan modelyeri Renato Balestranın kolleksiyasının fəlsəfəsini əks etdirən film, onun Azərbaycanın milli ornamentləri əsasında hazırladığı yeni kolleksiyası nümayiş etdirilib.

ƏLİYEV BRÜSSEL SAMMİTİNƏ «ƏLİBOŞ» GEDƏCƏK

İyunun 27-də Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrdən Ukrayna, Gürcüstan, Moldova Avropa Birliyi ilə əməkdaşlıqlarını bir qədər də dərinləşdirəcəklər. Bu dövlətlər AB ilə assosiasiya müqaviləsinə imza ataraq proqram üzrə öhdəliklərini tam yerinə yetirmiş sayılacaqlar.
Gültəkin Hacıbəyli
Gültəkin Hacıbəyli
Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının rəhbəri Gültəkin Hacıbəyli «Azadlıq» qəzetinə deyib ki, «Azərbaycan dəyişən dünya düzənində öz yerini tutmağı bacarmır. Ona görə iyunun 27-də keçiriləcək toplantıda Azərbaycanın hər hansı ciddi addım atmasını gözləmirəm.»

İqtisadçı Qubad İbadoğlu isə bildirib ki, Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Azərbaycanın qarşısında imzalamalı olduğu sənədlərlə bağlı konkret vaxt məhdudiyyəti qoyulmayıb. Q. İbadoğlunun fikrincə, hazırkı situasiyada Azərbaycanla bağlı ən yaxşı durum ölkənin Avrasiya İttifaqına qoşulmamasıdır:

«Avropa Birliyindən Azərbaycanla bağlı bir gözlənti yoxdur. Amma düşünürəm ki, Azərbaycan bu toplantıya qatılacaq və bununla da nümayiş etdirəcək ki, o Avropa Birliyi ilə əməkdaşlığa marağını hələ itirməyib. Azərbaycan hazırda nə assosiasiya, nə də azad ticarət sazişini imzalamağa hazır deyil».

VƏFA QULUZADƏ GÖMRÜK İTTİFAQINDAN DANIŞIR

Vəfa Quluzadə
Vəfa Quluzadə
«Ermənistan cəmiyyəti Rusiyanın təşəbbüsü ilə yaradılan Avrasiya Gömrük İttifaqına qoşulmaq istəmir. Ermənilər avrointeqrasiyanın tərəfdarıdırlar. Amma siyasi hakimiyyət özünü Rusiyanın qubernatoru kimi aparır. Onlar ölkəni quberniyaya çeviriblər. Putin tələb edir deyə Sarksyan başqa cür addım ata bilmir».

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Vəfa Quluzadə Ermənistanın Avrasiya Gömrük İttifaqına qoşulmaq istəyinə münasibət olaraq bildirib. Onun sözlərinə görə, ittifaqa qoşulmamaq Azərbaycan üçün heç bir risk yaratmır:

«Rusiya Azərbaycana etdiyini edib. Qarabağı alıb verib ermənilərə. Bundan artıq bizə nə təzyiq göstərəcək? İlham Əliyev yaxşı edib, Rusiyanın təşəbbüsü ilə yaradılan ittifaqa qoşulmur».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG