Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:11

Abxaziyada parlamenti tutmuş müxalifətçilər prezident vəzifəsini icra etməyə yeni şəxs seçib və erkən prezident seçkisinin vaxtını təyin edib. Abxaziyanın de fakto prezident isə Rusiyanın hərbi bazasına sığınıb.

Gürcüstanın bu separatçı regionunun parlamenti spiker Valery Bganba-nı aralıq prezident postuna qoyaraq avqustun 24-də seçki keçiriləcəyini bəyan edib.

Bganba mayın 31-də bildirib ki, iyunun 1-də Abxaziyanın hazırkı prezidenti Aleksandr Ankvab-la görüşəcək.

Ankvab-ın Gudauta hərbi bazasında qaldığı bildirilir. Mayın 27-də müxalifət onun ofisinə hücum çəkib, hökumətin buraxılmasını tələb edib.

Abxaziya Gürcüstandan ayrıldığını elan etsə də, ancaq bir qrup ölkə onu tanıyıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG