Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:54

Rusiyada bar və restoranlarda siqaretə qadağa qüvvəyə minir. İyunun 1-dən ölkədəki 44 milyon siqaret çəkən həmin məkanlarda bu imkandan məhrum olacaq.

Prezident Vladimir Putinin tətbiq etdiyi qadağanın məqsədi sağlam həyat tərzinin təbliğidir. Ötən il hökumət binalarında siqaret yasaqlanmışdı. İndi bu sıraya restoranlar, barlar, otellər, qatarlar qoşulur.

Mağazalarda vitrinə siqaret qoyulmur, köşklərdə satılmır.

Dövlət Dumasının Səhiyyə Komitəsinin rəhbəri Sergei Kalashnikov deyib ki, qanuna əməl etməyənlər cəzalandırılacaq.

Restoran və bar sahibləri qadağaya qarşı çıxırlar, 82 faiz deyir ki, müştərilərin sayı azalacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG