Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:07

Beş ildir Talibanın Əfqanıstanda saxladığı ABŞ ordusunun serjantı Bowe Bergdahl əsirlikdən buraxılıb. ABŞ Prezidenti Barack Obama deyib ki, o, Talibanla məhbus mübadiləsi sayəsində azadlığa çıxıb.

Bergdahl Kabilin şimalında Bagram hava bazasında tibbi müayinədən keçib. İyunun 1-də Almaniyadakı ABŞ hərbi bazasına müalicəyə aparılacaq.

Quantanomo körfəzində saxlanan beş əfqan taliban məhbus da Qatarın nəzarətinə verilib. Ağ Ev bildirib ki, həmin talibançılar Qatarın nəzarətindədir və “hərəkət və fəaliyyətlərinə məhdudiyyətlər qoyulacaq”.

Bergdahl 2009-cu il iyunun 30-da Əfqanıstanın cənubunda tutulub. Atası deyir ki, o, ingiliscə danışmağa çətinlik çəkir.

Günün bütün mövzuları

XS
SM
MD
LG